Misli Premyer Liqasında XV tura bu gün start veriləcək.
"Yeni Sabah" xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.
"Şamaxı" doğma meydanda "Zirə"ni qəbul edəcək. Qarşılaşma saat 14:00-da start götürəcək. Meydan sahibləri 17 xalla 7-ci, qonaqlar 27 xalla üçüncü pillədə qərarlaşıb.
Günün ikinci görüşündə "Sabah" "Turan Tovuz"u qəbul edəcək. Bu oyun saat 16:30-a təyin edilib. Ehtiyatda daha bir oyunu olan Tovuz klubu 24 xalla 5-ci, Bakı təmsilçisi 28 xalla ikinci sıradadır.
Telegram kanalımız