AZ

Premyer Liqada ayın ƏN YAXŞI məşqçisi açıqlandı

İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Paralel.az xəbər verir ki , "Çelsi"ni çalışdıran Entso Mareska ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

"Çelsi" noyabr ayında İngiltərə çempionatında keçirdiyi 4 oyunda 3 qələbə qazanıb, 1 heç-heçə edib.

Qeyd edək ki, "Çelsi" Premyer Liqada 15 turdan sonra 25 yaş toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Seçilən
48
4
paralel.az

8Mənbələr