AZ

Oskar karyerasını BAŞA VURUR

"Çelsi"nin sabiq futbolçusu, son olaraq "San Paulu"nun formasını geyinən Oskar karyerasını başa vurmaq qərarına gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

34 yaşlı hücumameylli yarımmüdafiəçi səhhətindəki problemlərə görə peşəkar idmandan ayrılacaq.

Xatırladaq ki, Oskar noyabrın 11-də təlim mərkəzində keçirilən adi tibbi müayinə zamanı huşunu itirmişdi və bundan sonra ona ürək problemləri diaqnozu qoyulmuşdu.

Oskar 2012-ci ildən 2017-ci ilə qədər "Çelsi"də oynayıb, London klubu ilə İngiltərə çempionluğunu qazanıb.

Bizim.Media

Seçilən
37
2
bizim.media

3Mənbələr