AZ

Karate üzrə dünya çempionatında 16 idmançı ilə

Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Dünya Kyokuşin Federasiyasının təşkilatçılığı ilə 5-ci Dünya Kyokuşin Karate Çempionatında keçirilir.

Hafta.az Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinə istinadən bildirir ki, Azərbaycan komandası 16 idmançı, 2 hakim, 1 baş məşqçi və 1 ölkə nümayəndəsindən ibarət olmaqla ümumilikdə 20 nəfərlik heyətlə təmsil olunur.

Milli komandaya Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadov və KWF -in nümayəndəsi Rza Mustafayev rəhbərlik edir. İdmançılar fərdi və komanda yarışlarında Azərbaycan bayrağını layiqincə təmsil edəcək, ölkəmizin karate sahəsində mövqeyini gücləndirməyə çalışacaqlar

Çempionat dekabrın 14-dək davam edəcək.

Seçilən
21
2
hafta.az

3Mənbələr