Bakı. Trend:
Azərbaycanın daha 4 boksçusu Almaniyanın Keinbaum şəhərindəyeniyetmə arasında U-17 Avropa çempionatında 1/4 finalayüksəlib.
Trend-inməlumatına görə, Şahin Aslanov (60 kiloqram) Demid Kloçkonu(İsrail) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlubedib. O, növbəti görüşünü dekabrın 14-də İvaylo Kolevə(Bolqarıstan) qarşı keçirəcək.
Adil Zalov (70 kiloqram) da Avropa çempionatında qələbə iləbaşlayıb. Boksçumuz 1/8 finalda Hakan Arda İlgündən (Türkiyə) güclüolub – 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28). Zalov dekabrın13-də Oskar Mujakovski (Polşa) ilə üz-üzə gələcək.
Gülər Hüseynova (48 kiloqram) Oleksandra Mişçenkoya (Ukrayna)heç bir şans verməyib. Hər 3 raundu aktivinə yazan milli üzvüyekunda 5:0 (30:27, 30:27, 29:28, 30:27, 29:28) hesablı qələbəyəsevinib. O, dekabrın 14-də 1/4 finalda Maria Spennato (İtaliya) ilədöyüşəcək.
Fidan Bakarova (63 kiloqram) isə Antonina Binieçkanı (Polşa)mübarizədən kənarlaşdırıb – 3:2 (29:26, 28:27, 29:26, 27:28,27:28). O da dekabrın 14-də növbəti görüşünə çıxacaq. BakarovaRihanna Holdenlə (İngiltərə) qüvvəsini sınayacaq.
Qeyd edək ki, Avropa çempionatına dekabrın 17-də yekunvurulacaq.