"Qalatasay"ın zədəli futbolçularla başı dərddədir. Zədə üzündən 4 aparıcı oyunçusunun xidmətindən məhrum olan sarı-qırmızılı klub daha bir itki ilə üzləşib. Metbuat.az xəbər verir ki, liqin 16-cı həftəsində zədələnərək oyunu yarımçıq tərk edən Uğurcan Çakırın durumu məlum olub. Həkimlər ulduz futbolçuya sabah baş tutacaq "Galatasaray" - "Antalyaspor" matçında forma geyinməyə icazə verməyiblər. Çakırın yaşıl sahələrə nə vaxt dönəcəyi bəlli deyil.Sabah sarı-qırmızılıların qapısını Günay Gunençin qoruyacağı bildirilir. "Monako" matçında meydana girəndən 6 saniyə sonra qapısından qol buraxan Günayın əsas heyətdə meydana çıxması tərəfdarları məyus edib.