AZ

Merz Ukrayna münaqişəsindəki sülh danışıqları ilə bağlı təfərrüatları açıqladı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Almaniya kansleri Fridrix Merz Avropa İttifaqı ölkələrinin ABŞ-ı Ukrayna ilə bağlı mümkün sülh danışıqlarına cəlb etmək üçün səylər göstərdiyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Onun sözlərinə görə, Aİ daxilində və Ukrayna ilə aparılan danışıqlarda Vaşinqtonun iştirakına xüsusi önəm verilir:

“Biz Amerika hökumətini həm aramızda, həm də Ukrayna ilə apardığımız danışıqlara daxil etməyə çalışırıq. Biz öz tərəfimizdən töhfə verməyə hazırıq, amma amerikalıların da prosesə ciddi şəkildə qoşulması vacibdir”, – deyə Merz qeyd edib.

Kanslerin sözlərinə görə, Ukraynaya verilə biləcək potensial təhlükəsizlik təminatlarının əsas elementi “Ukrayna Silahlı Qüvvələrinin uzunmüddətli gücləndirilməsi” olacaq.

Bundan əvvəl, dekabrın 10-da Avropa ölkələrinin Ukraynada sülh yolu ilə həll istiqamətində danışıqları davam etdirməyi və səyləri koordinasiya etməyi planlaşdırdığı açıqlanmışdı.

Almaniya hökumətinin rəhbəri Kiyevin ABŞ, NATO və digər tərəfdaşlardan etibarlı təhlükəsizlik zəmanətləri əldə etməsinin vacibliyini vurğulamışdı.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
globalinfo.az

1Mənbələr