AZ

Məşhur yazıçı vəfat etdi

ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məşhur britaniyalı yazıçı Joanna Trollop 82 yaşında vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb. Joanna Oksfordşirdəki evində dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Joanna Trollop romantik və ailə hekayələrinə həsr olunmuş məşhur romanların müəllifidir. Onun ən tanınmış əsərləri arasında “Pastor Hardinqin qızı”, “Rektorun arvadı”, “Sevgilisi ilə evlilik” və “Gəlinlər” romanları var.

Yazıçının əsərləri 25-dən çox dilə tərcümə edilib və bəzilərinin əsasında filmlər çəkilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
7
axsam.az

10Mənbələr