AZ

Bir ömrün davam edən işığı.



Bu gün Azərbaycan xalqı müstəqil dövlətçilik tariximizin ən uca simalarından biri olan Ulu Öndər Heydər Əliyevin anım gününü , onun əbədiyyətə qovuşmasının 22-ci ildönümünü dərin ehtiramla yad edir. Ümummilli Liderin həyatı və fəaliyyəti xalqımızın tarixində silinməz iz qoymuş, onun dövlətçilik xətti müasir Azərbaycanın inkişaf yolunu müəyyən etmişdir.

Heydər Əliyev Azərbaycan tarixində yalnız bir siyasi xadim kimi deyil, xalqını çətin sınaqlardan çıxararaq yeni mərhələyə aparan strateq, memar və ideoloji qurucu kimi yaddaşlara həkk olunub. 1969-cu ildə respublikaya rəhbərliyə gəlişi ilə Azərbaycan sosial, iqtisadi və mədəni sahələrdə yüksəliş dövrünə qədəm qoydu. Onun həyata keçirdiyi islahatlar ölkənin inkişaf tempini müəyyən etmiş,gələcək uğurların əsası həmin illərdə qoyulmuşdur.

1990-cı illərin ağır günlərində Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığı zaman xalqın təkidli çağırışı ilə Heydər Əliyev yenidən dövlət idarəçiliyinə qayıtmışdır. Qorxunu inamla, xaosu sabitliklə, parçalanmanı birliklə əvəz etmişdir. Onun qətiyyəti olmasaydı, bu gün biz müstəqilliyimizdən, gücümüzdən, birliyimizdən danışa bilməzdik. Bu qayıdış, əslində, Azərbaycanın müstəqil dövlət kimi xilası və sabaha çıxışı idi. O, qısa zaman ərzində ölkədə sabitlik yaratdı, dövlət quruculuğu istiqamətində fundamental addımlar atdı və Azərbaycanı dünya birliyində söz sahibi olan dövlətə çevirdi.

Heydər Əliyevin siyasi irsinin əsasında güclü dövlət, milli birlik, xalq sevgisi və strateji inkişaf dayanırdı. Onun “Dövlət xalq üçündür” prinsipinə söykənən idarəçilik modeli bu gün də ölkəmizin siyasi fəlsəfəsinin əsas mənbəyidir. Dövlətçiliyin möhkəmləndirilməsi, güclü ordu quruculuğu, mədəniyyət və maarifçilik siyasətinin inkişafı, milli-mənəvi dəyərlərin qorunması, modern iqtisadiyyatın qurulması, Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasıUlu Öndərin formalaşdırdığı ideoloji xəttin əsas istiqamətləri idi. Bu istiqamətlər bu gün də öz bəhrəsini verməkdə davam edir. Bu gün ölkəmizdə baş verən hər inkişaf, hər yenilik, hər uğur – onun uzaqgörənliyinin davamıdır.Möhtərəm Prezident cənəb İlham Əliyevin rəhbərliyi ilə bu siyasət daha da möhkəmlənir, Azərbaycan dünyada öz sözünü daha güclü deyir.

Hər bir insanın Tanrıdan ömür payı var. Amma çox az insanın ömrü xalqın ömrünə qarışır. Heydər Əliyev məhz belə insanlardan idi. Onun gedişi bir boşluq yaratdı, amma onun irsi o boşluğu güc və inamla doldurdu.



Bu gün Ulu Öndərin xatirəsini anmaqla biz yalnız keçmişi yada salmırıq. Biz onun ideyalarını düşünür, gələcək üçün yolumuzu müəyyən edirik. Onun öyrətdiyi ən əsas dəyər budur: “Azərbaycanın sabahı üçün çalışmaq – hər birimizin borcudur.” Ulu Öndər Heydər Əliyev Azərbaycan üçün yalnız bir lider yox,, bu xalqın taleyini dəyişən, dövlətçilik düşüncəsini formalaşdıran, millətinin gələcəyinə inam bəxş edən bir şəxsiyyət idi. Bu gün onun anım günündə və vəfatının 22-ci ildönümündə biz bir daha anlayırıq ki, Heydər Əliyev Azərbaycan tarixində silinməz iz qoymuş nadir şəxsiyyətlərdəndir.

Onun irsini yaşatmaq, onu gənc nəslə çatdırmaq, bu irsi gələcək üçün möhkəm şəkildə qorumaq isə hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Bu irs bizim üçün məsuliyyətdir, vətəndaşlıq borcudur, dövlətə və millətə xidmətdə ən möhkəm dayağımızdır.

Ulu Öndərin əziz xatirəsi qarşısında baş əyir, onun ruhunu dərin hörmətlə yad edirik.

Ruhunuz şad olsun, mənim əbədiyaşar liderim!

Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi



Fəridə Süleymanova .
Seçilən
68
newscenter.az

1Mənbələr