AZ

Zakir Həsənov özbəkistanlı generallarla komando hərbi hissəsində

Müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə sənayesi naziri Vüqar Mustafayev, Azərbaycanda rəsmi səfərdə olan Özbəkistan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov və müdafiə naziri, general-leytenant Şuhrat Xalmuxamedov dekabrın 12-də komando hərbi hissələrindən birini ziyarət ediblər.

Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsinə ehtiram nümayiş etdirilib.

General-polkovnik Z.Həsənov Özbəkistanın hərbi nümayəndə heyəti ilə birgə tir, əsgər yataqxanası, silah otağı, əşya anbarı, həmçinin yeməkxanaya gələrək burada şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub.

Hərbi hissənin idman zalında Müdafiə Sənayesi Nazirliyinin təqdim etdiyi simulyasiya vasitəsinə baxışdan sonra qonaqlar hərbi qulluqçuların idman hazırlığını izləyiblər.

Seçilən
21
27
publika.az

10Mənbələr