AZ

Dövlət İmtahan Mərkəzinin müraciəti əsasında təhsil eksperti Kamran Əsədova cinayət işi açılıb

Bakı. Trend:

2025-ci ildə keçirilən ali təhsil müəssisələrinə qəbul vəburaxılış imtahanlarında iştirak etmiş şəxslərə “AzərbaycanRespublikasının ali təhsil müəssisələrinə tələbə qəbuluQaydaları”na zidd olaraq köməklik göstərilməsinə dair Dövlətİmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuşməlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı BaşProkuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davametdirilib.

Trend xəbərverir ki, cinayət işi üzrə ittiham aktı təsdiq olunaraq baxılmasıüçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilib.

12 dekabr 2025-ci il tarixində Gəncə Şəhər Məhkəməsindəməhkəmənin hazırlıq iclası keçirilib.
İbtidai istintaqla abituriyent hazırlıq kursu qismində fərdisahibkarlıq fəaliyyəti ilə məşğul olan Gündüz Abbasovun qəbul vəburaxılış imtahanlarının gedişində testləri cavablandırmağa köməketmək məqsədilə gizli qaydada informasiya alınması (ötürülməsi)üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraqhazırlamasına, habelə Kamran Əsədovla cinayət əlaqəsinə girməkləhəmin texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinəquraşdırmaqla imtahanlarda onlara köməklik göstərmələrinə əsaslışübhələr müəyyən edilib.

Gündüz Abbasov və Kamran Əsədov gizli qaydada informasiyaalınması (ötürülməsi) üçün nəzərdə tutulmuş texniki vasitələri(gizli kamera, gizli səsötürücü funksiyaya malik "vip smart"telefon, nano qulaqlıq, mifi cihazları və s.) bir-biri iləəlaqələndirib istifadəsində hər hansı problemin olmadığına əminolduqdan sonra Gəncə və Bakı şəhərləri ərazisində Dövlət İmtahanMərkəzi tərəfindən keçiriləcək orta məktəblərin buraxılış və aliməktəblərə qəbul imtahanlarından asanlıqla keçmələrinə köməkgöstərilməsi üçün onlara müraciət etmiş müxtəlif şəxslərdənmüxtəlif məbləğlərdə pul vəsaiti alıb aralarında bölüblər. OnlarGəncə şəhərində fərdi yaşayış evində, Bakı şəhəri, Nərimanov rayonuərazisində yerləşən Kamran Əsədovun ofisində və digər ünvanlardaimtahanda iştirak edəcək şəxslərin ayaqqabısının alt hissəsikəsilməklə içəridə boşluq yaradıb qeyd edilən texniki vasitələrihəmin boş sahəyə yerləşdirməklə imtahan keçirilən binanın daxilindəayaq yolu hissəsində həmin texniki vasitələri üzərinəyerləşdirməsi, imtahan sualları əks olunan vərəqəni kameravasitəsilə çəkməsi, daha sonra isə bir müddət gözləməklə qulaqlıqvasitəsilə cavabları deyəcəyinə dair istifadə qaydaları ilətəlimatlandıraraq qanuni şəkildə imtahanların keçirilməsinin təminedilməsini nəzərdə tutan təhsil siyasətinə və bu sahədə aparılansəmərəli fəaliyyətə kölgə salmağa cəhd ediblər.

Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxslərə CinayətMəcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdətutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satışməqsədilə əldə etmə), və 308.1-ci (vəzifə səlahiyyətlərindənsui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə GündüzAbbasov barəsində istintaq orqanının vəsatəti və ibtidaiaraşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroruntəqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Kamran Əsədovbarəsində isə istintaq orqanının qərarı ilə başqa yerə getməməkhaqqında iltizam qətimkan tədbirləri seçilib.

İttiham aktına əsasən abbasov Gündüz Yaşar oğlu gizli qaydadainformasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri vahidniyyətlə qanunsuz olaraq satış məqsədi ilə istehsal etməklə, şəxsənvə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında texnikivasitələri satmaqla, qeyrisinin köməkçiliyi ilə vəzifəli şəxs kimixidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslərüçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluqsəlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadəedərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqlavəzifə səlahiyyətlərindən sui-istifadə etməkdətəqsirləndirilir.

Əsədov Kamran Alim oğlu isə qeyriləri ilə qabaqcadan əlbir olanbir qrup şəxs halında vahid niyyətlə və təkrarən gizli qaydadainformasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrisatmaqla, qeyrisinin vəzifəli şəxs kimi xidməti vəzifələrininicrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlükəldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyiəleyhinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunlaqorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindənsui-istifadə etməsində köməkçi qismində iştirak etməkdətəqsirləndirilir.

Cinayət işi materiallarından görünür ki, təhsil eksperti kimitanınan Əsədov Kamran Alim oğlu əvvəllər də buna oxşar cinayəthadisəsi törətmiş və Nərimanov Rayon Məhkəməsinin 2015-ci il 18fevral tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.4, 310-cumaddələri ilə məhkum edilməklə barəsində 8 ay 6 gün islah işləri və3500 manat cərimə cəzası tətbiq olunub.

Dövlət Imtahan Mərkəzi faktı Trend-ə təsdiqləyib.

Seçilən
31
8
az.trend.az

10Mənbələr