AZ

İspaniya millisinin hücumçusu uzun müddətə sıradan çıxıb

Bakı, 12 dekabr, AZƏRTAC

İspaniya millisinin və "Komo"nun futbolçusu Alvaro Morata uzun müddətə sıradan çıxıb.

AZƏRTAC xəbər verir ki, 33 yaşlı hücumçu A Seriyasının XIV turunun "İnter"lə oyununda (0:4) sol bud əzələsindən ciddi zədə alıb.

Klubun yaydığı açıqlamada bildirilib ki, təcrübəli forvard artıq fizioterapiyaya başlayıb və onun meydana qayıtması reabilitasiyasının gedişatından asılı olacaq.

Qeyd edək ki, Alvaro Morata "Komo"ya bu ilin avqust ayında “Qalatasaray”dan keçib. Hücumçu bu mövsüm A Seriyasında 13 oyuna çıxıb və qol vura bilməyib.

Seçilən
40
azertag.az

1Mənbələr