AZ

Çarlz və Diananın toyunda istifadə edilən nadir şampan hərracda satılmadı

Şahzadə Çarlz (hazırkı Britaniya kralı) və və mərhum həyat yoldaşı Diananın toyunda istifadə edilən nadir şampan hərraca çıxarılıb. 

HİT.az "Associated Press"ə istinadən xəbər verir ki, eksklüziv "Dom Perignon Vintage magnum" üçün təkliflər gözlənilən minimum qiymətə çatmayıb və satılmayıb. Şampanın təxminən 600.000 Danimarka kronuna (93.000 dollar) satılacağı gözlənilirdi.

Agentlik hərrac evi "Bruun Rasmussen"in sözçüsü Kirstin Dam Vrihedə istinadən bildirib ki, təkliflər istənilən minimum qiymətə çatmayıb və buna görə də lot satılmayıb.

Ledi Diana Françes Spenser 29 iyul 1981-ci ildə indiki Kral III Çarlzla evlənib. 

Samir
 

Seçilən
38
hit.az

1Mənbələr