Fövqəladə Hallar Nazirliyinin (FHN) qurum və regional mərkəzlərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Əvvəlcə, tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyub, Dahi Rəhbərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirlər Ümummilli Liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirlərdə çıxış edənlər dünya şöhrətli siyasətçi, Dahi Rəhbər Heydər Əliyevin mənalı həyat yolu və xalqımız qarşısında müstəsna xidmətlərindən söz açıb, əbədiyaşar ideyalarından danışıb, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı naminə misilsiz fəaliyyətindən bəhs ediblər. Qeyd olunub ki, yeni qurulmuş müstəqil Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən, cəmiyyəti isə dərin böhrandan qurtaran böyük Xilaskarın müdrik siyasi fəaliyyəti nəticəsində ölkəmiz qısa müddət ərzində dinamik inkişaf yoluna qədəm qoyaraq beynəlxalq birliyin layiqli üzvünə çevrildi. Hər bir azərbaycanlı üçün əvəzsiz məktəb olan Dahi Rəhbərin mübarizə dolu həyat yolu və zəngin siyasi irsi yaddaşlarda daim yaşayacaq.