AZ

Zelenskinin növbəti planı bu ola bilər

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Əgər seçki dövründə Ukraynada atəşkəs əldə olunarsa, Kiyev bu vaxtdan ordunu yenidən təşkil etmək və sonra hücuma başlamaq üçün istifadə edə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu təqaüddə olan alman generalı Roland Kater “Welt TV”yə müsahibəsində deyib.

“İndi qış fəsli ilə üz-üzəyik, təchizat çatdırmaq, əlbəttə ki, ordunu yenidən təşkil etmək və həmçinin yazda bütün gücümüzlə hücum etmək üçün bir fürsət var”, – o bildirib.

Qeyd edək ki, dekabrın 9-da Ukrayna Prezidenti Volodimir Zelenski müəyyən şərtlər daxilində ölkədə prezident seçkiləri keçirməyə hazır olduğunu bəyan edib.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
81
globalinfo.az

1Mənbələr