AZ

Gənclər və İdman Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib  

Bu gün xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günüdür.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektivi, eləcə də nazirliyin strukturunda olan qurumların nümayəndələri Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

Seçilən
14
4
azerbaijan-news.az

5Mənbələr