AZ

"Kəpəz" "Qəbələ" ilə oyuna neçə itki ilə çıxacaq?

Misli Premyer Liqasının 15-ci turu çərçivəsində "Qəbələ"ni qonaq edəcək "Kəpəz"in oyuna neçə itki ilə çıxacağı bəlli olub.

Bu barədə Fanat.Az-a Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov məlumat verib: 

"Oyuna optimala yaxın heyətlə hazırlaşırıq. Yalnız bir müddət öncə əməliyyat olunan Mahamadu Ba bu oyunda da oynamayacaq. Qalan hər kəs bizimlədir. Vacib oyuna ciddi hazırlaşırıq".

Qeyd edək ki, 14 dekabrda baş tutacaq "Kəpəz" - "Qəbələ" matçı Yevlaxda keçiriləcək və 14:00-da başlayacaq.

Mirağa

Seçilən
71
fanat.az

1Mənbələr