AZ

Avropada qaza tələbat 30 il davam edəcək

Modern.az saytına istinadən ain.az xəbər verir.

Avropanın qaza tələbatı o qədər çoxdur ki, hələ uzun illər qaz idxalçısı olacaqlar.

Bu sözləri Modern.az-a iqtisadçı Natiq Cəfərli bildirib. 

O qeyd edib ki, Avropa ölkələri Rusiya-Ukrayna müharibəsi başlamazdan 450-500 milyard kubmetr qaz idxal və istehlak edirdi. Norveç, Hollandiya, Britaniya kimi qaz istehsalçıları olsa da, qitənin qaza olan böyük tələbatı idxal zərurətini ortaya qoyur.

Ekspert bildirib ki, yaxın 30 ildə alternativ enerji də qazdan asılılığı ciddi  azaltmayacaq.

Yalnız mobil tipli kiçik atom stansiyalarının təhlükəsiz istifadəsi mümkün olarsa, mavi yanacağa olan ehtiyacı azalda bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
2
modern.az

3Mənbələr