AZ

Kobaxidze: Aİ suverenliyin pozulmasını qəbul etmir, amma özü də eyni şeyi edib

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avropa İttifaqı (Aİ) ABŞ-a Avropa daxilindəki işlərə qarışmamağı tövsiyə edir, lakin Brüssel özü Gürcüstana münasibətdə suverenlik prinsipini pozub.

Bizimyol.info xəbər verir ki, bunu jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

“Bu gün ABŞ-ın mövcud administrasiyası Avropadakı prosesləri ötən il bizim qiymətləndirdiyimiz kimi dəyərləndirib. Bu isə Avropa bürokratiyasının xoşuna gəlmir. Onlar indi suverenlik prinsipini xatırlayıblar, yəni kənardan başqa dövlətlərin daxili işlərinə qarışmağın yolverilməz olduğunu bildirirlər. Halbuki Avropa bürokratiyası Gürcüstana münasibətdə bu prinsipi gündəlik olaraq pozurdu. Burada ikili standartlar açıq görünür. ABŞ administrasiyası Avropa İttifaqında baş verən prosesləri düzgün qiymətləndirib, bizim də bu illər ərzində mövqeyimiz eyni olub”, — deyə Kobaxidze bildirib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp dəfələrlə Avropanı tənqid edib. O, "Politico" nəşrinə müsahibəsində Avropa ölkələrinin aparıcı siyasətçilərinin “indiki tərkibindən” xoşu gəldiyini deyib. Lakin ABŞ prezidentinin fikrincə, onlar “öz işlərinin öhdəsindən yaxşı gəlmirlər”. Tramp qeyd etmişdi ki, gələcəkdə daha münasib hesab etdiyi Avropa siyasətçilərini dəstəkləyəcək. Həmçinin müsahibəsində Avropa ölkələrinin immiqrasiya siyasətini yenidən tənqid edən Tramp bunun gələcəkdə bir çox dövlətləri “yaşanmaz vəziyyətə” gətirəcəyini bildirmişdi.

Bundan sonra Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ prezidentinin Aİ ölkələrinin demokratik proseslərinə müdaxilə etməməli olduğunu bəyan etmişdi.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
icma.az

1Mənbələr