AZ

Almaniyadan Rusiyaya xəbərdarlıq: Bu hərəkətinizin nəticəsi olacaq

BAKI, 12 dekabr. TELEQRAF

Almaniya Xarici İşlər Nazirliyi Rusiya səfiri Sergey Neçayevi kiberhücum və dezinformasiya kampaniyaları ilə əlaqədar olaraq çağırıb.

Teleqraf xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü bu barədə Berlində keçirilən brifinqdə bildirib.

“Bu səhər Rusiya səfirini Almaniya Xarici İşlər Nazirliyinə çağırdıq və Rusiyanın hərəkətlərini yaxından izlədiyimizi və onlara qarşı tədbir gördüyümü açıq şəkildə bildirdik. Rusiyanın qəbuledilməz hərəkətlərinin nəticələri olacaq”, - o qeyd edib.

Seçilən
39
teleqraf.com

1Mənbələr