AZ

Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı sazişə qoşulur

Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı beynəlxalq sazişə qoşulur.

 

Bununla bağlı layihə Milli Məclisin dekabrın 16-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.

 

İclasda "Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş"ə qoşulmaq barədə qanun layihəsi müzakirəyə çıxarılaraq səsə qoyulacaq.

Tarix: 12 Dekabr 2025, 15:43   
Seçilən
10
5
pravda.az

7Mənbələr