AZ

Müəllif: "Siyasәtin fәlsәfәsi. Analitik diskurslar: ideologiya, media, diplomatiya” monoqrafiyası dərs vәsaiti kimi də istifadә oluna bilәr

Bakı, 12 dekabr, AZƏRTAC

“Siyasәtin fәlsәfәsi. Analitik diskurslar: ideologiya, media, diplomatiya” monoqrafiyası şәbәkә sosiallığı vә rәqәmsallaşma şәraitindә siyasәtin, ideologiyanın vә medianın fәnlәrarası tәhlilinә hәsr olunub.

Kitab praktiki vә nәzәri hissәlәrdәn ibarәtdir, hәr birindә fәsillәr hәm müstәqil araşdırmanı, hәm dә vahid süjet xәttinin hissәlәrini tәşkil edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, professor Roida Rzayeva söyləyib.

"Kitabın “tәtbiqi” adlanan hissәsindә siyasәt, dövlәt idarәçiliyi, ideologiya vә media mәsәlәlәri dövrümüzün yeni çağırışları işığında tәhlil edilir. Nәşr siyasi dünyanın postklassik mәnzәrәsi, şәbәkә sosiallığı vә onun öyrәnilmәsi metodları, sosio-kommunikativ texnologiyalar, sosiallığın mifologiyası, siyasәtin medialaşması, informasiya müharibәlәri, kiber-simulyakrlar, feyklәr kibertәhlükәsizlik, onlayn siyasi sәfәrbәrlik, yeni epistemoloji paradiqma kimi böyük verilәnlәr, hakimiyyәt fәlsәfәsi problemlәri, dövlәt idarәçiliyi fәlsәfәsinin aparıcı kateqoriyaları, dövlәt idarәçiliyindә yeni tendensiyalar, müasir siyasi idarәetmәdә internet-texnologiyalarından istifadә, potensial risklәrin idarә edilmәsi, siyasi şüur, rәqәmsal diplomatiya, media mәdәniyyәti, media tәcrübәlәri, sosial medianın kommunikasiya arxitekturası, simvolik siyasәt, mәna istehsalı, ideologemlәr, yumşaq güc, mentalitet, habitus vә s. kimi mәsәlәlәri әhatә edir",- deyə R. Rzayeva vurğulayıb.

O əlavə edib ki, nәzәri hissәdә modernlәşmә, elitalar, postmodernlәşmә, qloballaşma, beynәlxalq münasibәtlәr vә beynәlxalq hüquq kontekstindә postmodern, dialoq fәlsәfәsi, multikulturalizm vә s. kimi mәsәlәlәr tәhlil edilir.

Kitab, həmçinin dәrs vәsaiti kimi istifadә oluna bilәr.

Seçilən
12
azertag.az

1Mənbələr