AZ

Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc

Bakı. Trend:

Cəfər və Ülviyyə gənc bir cütlük idi. Onlar illərdir ki,Balaxanıda yaşayır, əllərinə keçən hər qəpiyi yığıb gələcəkplanları üçün saxlayırdılar. Onların ən böyük arzusu isə çox sadəidi: Cəfərin atasından qalmış balaca çay evini təmir edib,işlətmək. Ancaq çay evinə lazım olan avadanlıq və təmir xərcləriüçün topladıqları pul yetmirdi.

Cütlük bankdan istehlak krediti götürmək qərarına gəlir. Bankəməkdaşı ilə söhbət zamanı onlar planlar və xəyallarını bölüşdülər.Bank onlara həm kredit, həm də könüllü “Kredit Həyat Sığortası”təklif etdi. Cəfər əvvəlcə tərəddüd etsə də, Ülviyyə “Bu bizi çətingündə qoruyar”, – deyərək sığortanı qəbul etdi.

Bir neçə ay sonra onların Balaxanıda kiçik çay evi açıldı.Müştərilər çay evində uzun-uzun söhbətlər edir, gülə-gülə vaxtkeçirirdilər. Cəfər yorulmadan işləyir, Ülviyyə isə müştəriləriqarşılayırdı. Hər şey yolunda gedirdi.

Cəfərin ürəyindəki sancılar son zamanlar onu narahat etməyəbaşlamışdı, amma işin çoxluğu səbəbindən həkimə getməyi təxirəsalırdı. Növbəti həftə vəziyyəti ağırlaşdı və təcili xəstəxanayayerləşdirildi. Cəfərin müalicəsi davam etsə də, iki gün sonrahəyatla vidalaşdı. Diaqnoz ürək çatışmazlığı idi.

Ülviyyə bir tərəfdən həyat yoldaşının itkisini, digər tərəfdənisə çay evinin xərcləri, kredit ödənişləri və gündəlik həyatınağırlığını təkbaşına daşıyırdı. Ödənişləri ödəmək artıq onun üçünimkansız görünürdü, bank ödənişlərini edə bilmirdi. Bir neçə ayödənişləri gecikdirmişdi, banka vəziyyətinin çətin olduğunu vəhəyat yoldaşının vəfat etdiyini bildirdi.

Bank daxili aparılan araşdırmalar nəticəsində kredit götürənşəxs Cəfər Abdulovun bir neçə ay öncə ürək çatızmazlığı nəticəsindəvəfat etdiyi aydın oldu. Amma bank olaraq, kredit götürən şəxsəistehlak krediti zamanı “Kredit Həyat Sığortası” da təklifolunmuşdu. Çox az ödəniş edərək, ailə bu sığortadan yararlanmışdıvə bunun nəticəsində vəfat etmiş şəxsin ailəsinin kredit borcuhəyat sığortası şirkəti tərəfindənödənildi.

Bu məqalə kommersiya banklarından birinin təqdim etdiyikredit tarixçəsinə əsasən hazırlanmışdır. Hadisələrin təsvirinihəmin proseslərin birbaşa şahidi olmuş bank əməkdaşıyazmışdır.

Qeyd edək ki, istehlak krediti götürən istənilən şəxsə könüllüolaraq bank tərəfindən həyat sığortası təklif olunur. Kredit həyatsığortası tam olaraq kredit müddətini əhatə edir. Müştərinin ölüm,xəstəlik və ya bədbəxt hadisə nəticəsində əlilliyin təyin olunmasıhallarında, sığorta şirkəti qalan kredit borcunu qarşılayır.

Məqalədə:
Seçilən
15
8
az.trend.az

9Mənbələr