ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi elçi Tomas Barrak gələn həftə İsrailə səfərə gedəcək.
Bu barədə “Ynetnews” məlumat yayıb.
Məlumata görə, onun Baş nazir Benyamin Netanyahu və digər rəsmilərlə danışıqları zamanı Suriya ilə təhlükəsizlik sazişi və Türkiyə hərbi qulluqçularının Qəzza sektorundakı beynəlxalq sabitləşdirmə qüvvələrinə (ISF) cəlb edilməsi məsələləri müzakirə olunacaq.