"Qarabağ" Futbol Klubu Qadın və Uşaq Sığınacağında "Qarabağ" - "Ayaks" (2:4) oyununu təkbaşına izləyən azyaşlı Əkbərlə görüş təşkil edəcək.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, sığınacaq rəhbərliyi bu barədə sosial şəbəkədə paylaşım edib.
Paylaşımda qeyd olunub: "Çox sevinirik... Əkbər balamız "Qarabağ" FK ilə görüşəcək." Klub nümayəndələrinin sığınacağa zəng edərək yaxın günlərdə onunla görüşəcəklərini bildirdiyi vurğulanıb.
Bundan əlavə, izləyicilər balaca Əkbərə öz sevimli komandasının formasını hədiyyə ediblər.