AZ

Məzahir Pənahov vəzifədən göndərilir?

Mərkəz Seçki Komissiyasının (MSK) hazırkı tərkibinin səlahiyyət müddəti gələn il başa çatır. Qurumun üzvləri sonuncu dəfə 2021-ci ilin aprel ayının 27-də formalaşıb.

KONKRET.az Modern.az-a istinadən xəbər verir ki, MSK sədri Məzahir Pənahov bu il Komissiyanın tərkibinin yenidən formalaşdırılacağı barədə iddialara münasibət bildirib.

O, açıqlamasında deyib ki, MSK-nın bu il yenidən formalaşdırılması nəzərdə tutulmur.

Qeyd edək ki, mövcud qanunvericiliyə görə, MSK-nın səlahiyyət müddəti 5 ildir. Yəni ən geci gələn ilin aprelində qurumun hazırkı tərkibinin işinə son veriləcək.

Hazırda MSK-ya Məzahir Pənahov sədrlik edir. O, gələn ilin mart ayında 75 yaşını tamamlayacaq. 25 ildir MSK-ya rəhbərlik edən Pənahov son dövlərdə mediada daha çox ailə problemləri ilə gündəmə gəlib.

Belə ki, Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovla keçmiş həyat yoldaşı arasındakı qalmaqal yaşanıb. Onun həyat yoldaşına şiddət göstərdiyi iddia edilir. Hazırda tərəflər arasında məhkəmə çəkişməsi davam edir.

Ən geci gələn ilin aprelində Milli Məclisdə MSK-nın tərkibi yenidən formalaşacaq. Komissiyanın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir.

Məzahir Pənahovun yeni tərkibdə olmayacağı barədə xəbərlər yayılıb.

Seçilən
2
2
konkret.az

3Mənbələr