AZ

İtkin düşən balıqçının atasından müraciət VİDEO KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

Övladlarımızın axtarışına xarici dövlətlərin də qoşulmasını xahiş edirik.

KONKRET.az xəbər verir ki, NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, 09 dekabr səhər saat 8-dən itkin düşmüş hesab edilən balıqçılar Turan və Ağadədə Həsənovların yaxınları axtarışlara görə aidiyyəti orqanlar öz təşəkkürlərini bildiriblər.

Ağadədənin atası Famil Həsənov bildirir ki, balıqçılar Turan və Ağadədə xarici ölkələrin ərazi sularındadır:

“Dövlətimizdən xahiş edirik ki, uşaqlarımızın axtarışına Xəzəryani dövlətlərin aidiyyəti qurumlarının da qoşulması üçün əlaqələr qursunlar. Ya da bizə şərait yaratsınlar biz o dövlətlərin ərazi sularına daxil olub axtarışlar aparaq”.

Ailəyə yaxın olan Rabil Həsənov deyir ki, eyni hadisə bir neçə il bundan əvvəl də baş vermişdi:

“Yadımdadır, iki balıqçı dənizdə itkin düşdü. Axtardıq tapa bilmədik. Sonra məlum oldu ki, onlar qonşu İran dövlətinin ərazi sularında tapılıb. Hər iki balıqçı xəstəxanaya aparılıb, müalicə olunduqdan sonra bizə təhvil verildi. İnşallah ki, bizim balalarımız da sağdır. Sadəcə aidiyyəti orqanlardan xahiş edirik ki, qonşu ölkələrlə əlaqə yaratsınlar və onlar barədə bizə bir məlumat versinlər”.

Qeyd edək ki, balıqçılar Turan və Ağadədə Həsənovlar 4 gündür ki, Xəzər dənizində itkin düşüb. Onların axtarışı hələ də davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
konkret.az

2Mənbələr