AZ

“İranın nüvə potensialını məhv etdik” - Donald Tramp

“ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-2 qırıcıları vasitəsilə İranın nüvə potensialı və mümkün əlavə imkanları məhv edilib”.

Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, həmin vaxt İranın nüvə proqramı iki həftədən iki aya qədər hazır vəziyyətə yaxın idi:

“İran nüvə silahına çox yaxın idi. Hamı onlardan qorxurdu, amma indi vəziyyət dəyişib”, - deyə siyasətçi vurğulayıb.

Tramp qeyd edib ki, hazırda Tehran ABŞ ilə razılaşma əldə etmək istəyir:

“İran bizimlə sövdələşməyə can atır”, - deyə siyasətçi əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
56
1
missiya.az

2Mənbələr