AZ

Ərdoğan Aşqabadda Pakistanın Baş naziri ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistanın paytaxtı Aşqabadda Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşüb.

Missiya.Az xəbər verir ki, görüş Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Zirvəsi çərçivəsində baş tutub.

Bildirilib ki, görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Prezidentin kommunikasiya direktoru Burhanəddin Duran, Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç, Prezident Təhlükəsizlik və Xarici Siyasət Şurasının sədr müavini Çağrı Erhan və Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Halit Yerebakan da iştirak edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
9
missiya.az

1Mənbələr