AZ

Finlandiya Rusiya ilə sərhədində 140 kilometrlik hasar inşa edib

Finlandiya Rusiya ilə sərhəd boyunca inşa etdiyi 200 kilometrlik müdafiə hasarının təxminən 140 kilometrini artıq tamamlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Finlandiya Sərhəd Mühafizəsinə istinadən xəbər verir ki, layihənin 2025-ci ilin yayına qədər tam başa çatdırılması planlaşdırılır.

2025-ci ilin noyabrında "Yle" televiziya kanalı sərhəd hasarının tikintisinin yekunlaşmaq üzrə olduğunu bildirib. Məlumata görə, hasar Rusiya sərhədindən təxminən 1 kilometr məsafədə yerləşir.

Layihə çərçivəsində sərhədin daimi nəzarətdə saxlanılması üçün müasir müşahidə sistemi quraşdırılır: hər 20 metrdən bir CCTV kameraları, hər 500 metrdən bir texniki xidmət qapıları, hər 3 kilometrdən bir isə heyvan keçidləri yerləşdiriləcək.

Hasarın hündürlüyü 4,5 metr təşkil edir və yuxarı hissəsi tikanlı məftillərlə möhkəmləndirilib. Finlandiya rəsmiləri bildirirlər ki, bu infrastruktur sərhəd təhlükəsizliyinin artırılması və mümkün qeyri-qanuni keçidlərin qarşısının alınması məqsədi daşıyır.

Seçilən
13
1
operativmm.az

2Mənbələr