AZ

Yuri Vernidub “Neftçi”dən danışdı: “Zaman göstərər”

“Neftçi”nin yeni baş məşqçisi Yuri Vernidub klubla bağlı ilk təəssüratlarını Tribuna.com-a açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, o bildirib ki, hələ işə yeni başladığı üçün komandayla bağlı geniş fikir bildirmək istəmir:

“Əvvəlcə işləmək, baxmaq və analiz etmək lazımdır. Heç olmasa 10 gün keçsin, sonra nəticə çıxarmaq olar”.

Vernidub həmçinin ölkədən çıxmasına verilən xüsusi icazədən danışıb. Onun sözlərinə görə, müqaviləsi 2026-cı ildə başa çatsa da, bu müddət ərzində xaricdə işləməsinə razılıq verilib:

“İcazə yüksək səviyyədə təsdiqlənib. Kim verdiyini bilmirəm, amma həm mənim, həm də köməkçilərimin adları orada var. Vaxtından əvvəl lazım olsa, daha tez qayıdaram”.

“Neftçi”dəki hədəflərinə toxunan Vernidub sonda belə deyib:

“Əlimdən gələni edəcəyəm. Köməkçilərimlə birlikdə bütün gücümüzü sərf edəcəyik. Zaman göstərər”.

Seçilən
7
idmanxeber.az

1Mənbələr