Olaylar.az "Report"a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə F.Usubovun şikayəti təmin edilməyib.
Qeyd edək ki, Fərid Usubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi işləyib.
O, bir neçə gün əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tutulub. Hazırda xüsusilə külli miqdarda qaçaqmalçılıqda və başqa cinayətlərdə ittiham olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31