AZ

Mehdiabadda 22 yaşlı oğlan ögey bacısına xəsarət yetirdi TƏFƏRRÜAT

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Abşeron rayonunda 2003-cü il təvəllüdlü Nihad şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı ögey bacısı Əsmərə (adlar şərtidir – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 20 sentyabr 2025-ci ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Savalan küçəsində baş verib. Nihad həmin gün gecə saat 1 radələrində yerləşən fərdi yaşayış evində onunla və digər ailə üzvləri ilə birlikdə yaşayan ögey bacısı Əsmər əri İlqar ilə nigahını pozaraq tək yaşamaq istəməsi fikrində olduğunu öyrənib. Bu zaman onunla birlikdə yaxınlarının buna etiraz etməsini qəbul etməyiblər. Bu zaman Əsmər xəlvətcə evin həyətinə çıxaraq evi tərk etmək istədiyini görüb. Bunun qarşısını almaq üçün həmin ünvandakı evin daş hasarla əhatə olunmuş həyətyanı sahəsində Əsmər ilə ailə münasibətləri zəminində aralarında yaranmış narazılıqla əlaqədar mübahisə edib və əvvəlcə qəsdən əlləri ilə onun qollarından tutaraq saxlayıb. Həmin vaxt o, bacısını dartmaqla evin içərisinə qaytarmağa nail olub, ardınca həmin ünvandakı evin içərisində davam edən həmin mübahisə əsnasında evi təkidlə tərk etmək istəyən Əsmərin qarşısını kəsib.Bu zaman Nihad əsəbiləşərək üzərinə hücum edib və əl, yumruq zərbələri ilə onun sifət, baş, qol, qarın və bədəninin müxtəlif nahiyələrinə, təpik zərbələri ilə isə ayaq nahiyələrinə ardıcıl vurub. Ögey bacısına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Nihadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Bu işə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkən ona qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
demokrat.az

1Mənbələr