Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Neftçi” bu mövsümün sonunda avrokuboklara vəsiqə qazana bilər. Yeni baş məşqçi Yuri Vernidub komandanı uğursuzluq zolağından çıxaracağına şübhə bəsləmir. O bu barədə futbolçularla söhbətində danışıb. Ukraynalı mütəxəssis Azərbaycana məhz bunun üçün gəldiyini, bütün bilik və bacarığı, zəngin təcrübəsi ilə müsbət nəticə əldə etməyə çalışacağını söyləyib.
Ölkə.Az-ın məlumatına görə, "Sportinfo"nun yazıdığı məqalədə belə deyilir.
"Vernidub “Neftçi”də elə böyük "çevriliş" edəcək ki… Azarkeşləri SEVİNDİRƏCƏK XƏBƏR!" başlığı ilə yazılan xəbərdə qeyd edilib ki, 59 yaşlı çalışdırıcı kollektiv barədə öncədən məlumat toplamağa başladığını, gördüklərinin isə onda böyük ümid yaratdığını vurğulayıb.
"Vaxtilə "Şerif"də işləmiş mütəxəssis qeyd edib ki, burada kifayət qədər səviyyəli oyunçu var və onlarla qarşıya qoyulan məqsədə çatmaq mümkündür. Psixoloji və fiziki hazırlığı yüksəltməklə, çıxışa keçməyi hədəfləyən Vernidub deyib ki, Premyer Liqa onun üçün maraqlı yarışmadır, o isə "Neftçi"ni turnir cədvəlinin ilk üç pilləsindən birində görür.
Bakılılarla 6 ay+1 illik müqavilə imzalamış məşqçi bildirib ki, azarkeşlərin narahatlığını yaxşı başa düşür, amma çox narahat olmağa dəyməz, çünki vəziyyət tədricən düzələcək və bir müddət sonra tamamilə öz axarına düşəcək", - deyə məqalədə vurğulanır.
Xatırladaq ki, paytaxt təmsilçisi ölkə kubokunda mübarizəni erkən dayandırıb. 1/8 final mərhələsində "Zirə"yə uduzan "ağ-qaralar" Premyer Liqada 8-ci pillədədir. 14 tura 16 xal toplayan kollektivin passivində 4 məğlubiyyət var.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.