AZ

“Ələ keçirilən tanker SEPAH-ın kölgə donanmasının bir hissəsidir” – Karolin Levit

Ağ Evin sözçüsü Karolin Levit  mətbuat konfransında böyük neft tankeri olan “Skiper”in (əvvəlki adı Addisa olub) ələ keçirilməsinin dünən Ədliyyə Nazirliyinin əmri ilə baş tutduğunu açıqlayıb.

Gəminin SEPAH üçün qara bazar nefti daşıyan “sanksiyalı kölgə donanması gəmisi” kimi tanındığını vurğulayan Levit əlavə edib ki, bu addım hökumətin sanksiya siyasətini həyata keçirməklə yanaşı, narkotik qaçaqmalçılığına qarşı mübarizə aparmaq öhdəliyinin bir hissəsidir.Prezident Donald Trampın göstərişi ilə Sahil Mühafizəsi və Dəniz Qüvvələrinin birgə əməliyyatı zamanı ələ keçirilən tanker əvvəllər ABŞ Maliyyə Nazirliyi tərəfindən Hizbullah və SEPAH-ı maliyyələşdirmək üçün İranın neft qaçaqmalçılığı şəbəkəsindəki roluna görə sanksiyaya məruz qalmışdı.Levit təsdiqləyib ki, ABŞ hüquqi prosedurlardan sonra ələ keçirilmiş tankerdəki nefti müsadirə etmək niyyətindədir.

Seçilən
2
2
7times.az

3Mənbələr