12 dekabr - Xalqımızın Ümummilli Lideri, Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin anım günü ilə bağlı Ümummilli Liderimizin Goranboy rayon mərkəzində ucaldılmış abidəsi və Heydər Əliyev Mərkəzi ziyarət olunub.
"Unikal" xəbər verir ki, Ümummilli Liderimizin mənalı ömür yoluna və çoxşaxəli dövlət idarəçilik fəaliyyətinə həsr olunmuş xüsusi videoçarx izlənilib və fotostendlərə baxış keçirilib.
Dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb. Anım mərasimində icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, rayonda fəaliyyət göstərən xidmət sahələrinin, təşkilat və müəssisələrin rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri; ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Sonra Goranboy şəhərində ağacəkmə aksiyası təşkil olunub.