“Ramiz Mehdiyevin Azərbaycanın müstəqil dövlətçiliyinə qarşı etdiyi hərəkətlər və barəsindəki ittihamlar onun akademiyanın üzvü qalmasına qətiyyən imkan vermir”.
Musavat.com xəbər verir ki, bunu AMEA-nın rəhbəri İsa Həbibəyli deyib. O bildirib ki, məsələyə akademiyada baxılacaq və lazım olan qərar qəbul ediləcək.
Qeyd edək ki, R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.
İstintaq Mehdiyevin yaşını nəzərə alaraq ibtidai istintaq müddətində onun ev dustaqlığı şəraitində saxlanılmasını uyğun hesab edib.