AZ

"Meydan TV" işi ilə bağlı həbs edilən şəxslərin məhkəməsi keçirilir

"Meydan TV" işi ilə bağlı ittiham olunan şəxslərin məhkəməsi keçirilir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə məhkəmə istintaqının başlayacağı gözlənilir.

Qeyd edək ki, 2024-cü ilin dekabr ayında "Meydan" TV işi üzrə Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova, bu ilin fevral ayında isə "Arqument.az" saytının baş redaktoru Şəmşad Ağa, daha sonra Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) da sözügedən cinayət işi üzrə həbs olunublar.

Həmçinin 2025-ci ilin mart ayında Ülviyyə Əli (Quliyeva), avqust ayında isə fotomüxbir Əhməd Muxtar da "Meydan tv" işi ilə bağlı həbs edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Seçilən
32
50
far.az

10Mənbələr