AZ

Şəmkirdə avtomobil yollarının təmiri 1,5 milyon manata başa gələcək

Şəmkir Rayonu İcra Hakimiyyəti Başçısının Şəmkir Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən Şəmkir şəhərində avtomobil yollarının təmiri işlərinin satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.

FED.az xəbər verir ki, tenderin qalibi "Gəncə Körpü Tikinti-2" Açıq Səhmdar Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 1 milyon 531 min 93 manat 87 qəpik təşkil edir. Ehtimal olunan qiymət isə 1 milyon 554 min 331 manat 40 qəpik idi.

Seçilən
21
fed.az

1Mənbələr