AZ

"Özəl klinikaların hamısı bağlanmalıdır" - "Azərbaycanda TƏBİB adlı qurum olmamalıdır" + VİDEO

Tibb Universitetində 25 il kafedra müdiri olmuş 83 yaşlı professor Çərkəz Cəfərov “Bakupost” TV-yə geniş müsahibəsində Azərbaycan səhiyyə sistemindəki əsas problemlər, bu sektordakı çatışmazlıqlar, idarəetmədəki mənfi hallar, eləcə də tibbi təhsilin önəmi ilə bağlı sərt açıqlamalar verib.

Professor qeyd edir ki, 1970-ci illərdə Tibb Universitetində rüşvət anlayışı yox idi, təhsil prosesi yüksək intizam və vicdan üzərində qurulmuşdu. Lakin 1980–90-cı illərdən etibarən rüşvət mexanizmi tədricən təhsil sisteminə də sirayət etdi və bu gün artıq bir çox universitetlər eyni problemlə üzləşir. Ç. Cəfərov deyir ki, tələbəyə elmi yalnız vicdanlı müəllim öyrədə bilər, rüşvət və kommersiya düşüncəsi bu gün Azərbaycan təhsilini tamamilə məhv edib.

Müsahibədə ən çox mübahisə doğuran mövzulardan biri isə özəl xəstəxanalarla bağlıdır. Professor açıq şəkildə bildirir ki, bu klinikaların əksəriyyəti tibbi xidmətdən çox biznes fəaliyyəti ilə məşğuldur. Onun fikrincə, insanlar dövlət xəstəxanalarında müalicə almalı, bütün xərcləri də dövlət qarşılamalıdır. Çünki özəl sektorda bəzən bilikli həkimlərlə yanaşı, kifayət qədər hazırlığı olmayan şəxslər də əməliyyatlar aparır və bu, xəstələrin həyatı üçün ciddi təhlükə yaradır. Ç. Cəfərovun iddiasına görə, özəl tibb müəssisələrinin böyük hissəsi müxtəlif siyasi çevrələrə bağlıdır və bu səbəbdən tam olaraq nəzarətdən kənarda fəaliyyət göstərir.

"Bu gün özəl xəstəxanaların hamısı biznes mərkəzinə çevrilib. Ancaq bir-birilərinə xəstə paylayırlar. Bu özəl xəstəxanalar hamısı bağlanmalıdır. Azərbaycanda yalnız dövlət xəstəxanası olmalıdır. Çünki bu vətəndaş dövlətindir və o vətəndaşı da dövlət öz hesabına müalicə etməlidir. Bu özəl xəstəxanaların hamısı Millli Məclisdə oturan adamlarındır", -deyə o, qeyd edib.

Professor TƏBİB-in fəaliyyətinə də son dərəcə sərt münasibət göstərir. O bildirir ki, Azərbaycanda Səhiyyə Nazirliyi olduğu halda paralel qurum yaratmaq məntiqsizdir və TƏBİB-in fəaliyyəti səhiyyənin idarəetməsini parçalamaqdan başqa bir şey deyil:"Azərbaycanda TƏBİB adlı qurum olmamalıdır. Səhiyyə Nazirliyi olan yerdə nəyə lazımdır bu qurum? Orada ancaq "pul qırmaq"la məğuldurlar. TƏBİB dərhal ləğv edilməlidir".

Müsahibədə xaricdə tibbi təhsil məsələsinə də toxunulur. Professor bəzi ölkələrdə, xüsusən də Türkiyədə uzmanlıq təhsilinin daha çox kommersiya yönümlü olduğunu, elmi yanaşmanın isə geri planda qaldığını qeyd edir. O, qeyd edir ki, Türkiyədə uzmanlara elm yox, biznes öyrədilir və onlar hamısı bisavaddır.

Sözügedən müsahibəni təqdim edirik:

Seçilən
5
1
turkustan.az

2Mənbələr