AZ

Uber də sürücüsüz taksilər də olacaq Sınaqdan keçirildi FOTO

Milli.az saytına istinadən ain.az xəbər verir.

Dubayda sürücüsüz taksilər sınaqdan keçirilib.

Milli.Az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin Cümeyra və Umm-Suqeym rayonlarında "WeRide" şirkətinin sürücüsüz taksiləri sınaq rejimində kommersiya fəaliyyətinə başlayıb.

Bu barədə Dubay hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Dubay Yol və Nəqliyyat İdarəsi "Uber" tətbiqi çərçivəsində ictimai robot taksi üzrə pilot layihəsinin başlandığını elan edir ", - deyə açıqlamada bildirilib.

Taksi xidmətinin test rejimindən tam fəaliyyətə 2026-cı ilin əvvəlində keçəcəyi planlaşdırılıb.

Fidan

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
2
news.milli.az

3Mənbələr