AZ

Ümummilli Lider Heydər Əliyevin dəfn günündən TARİXİ FOTOLAR

Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatından 22 il keçir.

Vəfat xəbəri həmin gün Prezident Administrasiyası tərəfindən ictimaiyyətə açıqlanmış, dövlət qurumları protokol qaydalarına uyğun olaraq matəm ilə bağlı qərarları icra etmişdilər. Dövlət bayraqları endirilmiş, rəsmi tədbirlər təxirə salınmış, ölkənin informasiya məkanında vida mərasiminə hazırlıqla bağlı xronoloji məlumatlar yayılmağa başlamışdı.

Dəfn mərasimi 2003-cü il dekabrın 15-də Bakıda dövlət protokolu əsasında keçirildi. Mərasimdə bir sıra ölkələrin dövlət və hökumət başçıları, eləcə də ali səviyyəli nümayəndə heyətləri iştirak etdi.

Rəsmi mənbələrə əsasən Bakıya gələn liderlər aşağıdakılar idi:

Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Əhməd Necdət Sezər, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Leonid Kuçma, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Moldova Prezidenti Vladimir Voronin, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze, Gürcüstan Prezidenti vəzifəsini icra edən Nino Burcanadze, İran prezidentinin birinci müavini Rza Arifi və digər rəsmi şəxslər iştirak edib.

Bundan başqa, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İran, Çin, Pakistan, İsrail və Avropa İttifaqının bir sıra üzv ölkələri vida mərasiminə nazir və xüsusi nümayəndə səviyyəsində qatılmışdılar.

Vida mərasimindən sonra Fəxri xiyabanda dəfn həyata keçirildi. Proses dövlət protokolunun standartlarına uyğun təşkil edilmiş, xarici nümayəndə heyətlərinin ardıcıllığı, mərasimdə dövlət qurumlarının iştirakı və media üçün ayrılan sektorlar əvvəlcədən müəyyənləşdirilmişdi.

Ölkə.az Modern.az-a istinadən Heydər Əliyevin dəfninə aid tarixi fotoları təqdim edir:

Seçilən
27
1
olke.az

10Mənbələr