AZ

Tramp Ukraynya görə Parisə yollanır

ABŞ nümayəndələri dekabrın 13-də Parisdə Ukrayna üzrə keçiriləcək Avropa toplantısında iştirak edə bilərlər.

“Yeni Sabah” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Onlar bizim iştirak etməyimizi istəyirlər. Əgər Ukraynada vəziyyətin nizamlanması üzrə razılığa gəlmək üçün yaxşı şans olduğuna inansaq, şənbə günü Avropada keçiriləcək görüşdə iştirak edəcəyik. Biz çox vaxt itirmək istəmirik. Biz münaqişəni həll etmək istəyirik", - o bildirib. 


Telegram kanalımız
Seçilən
82
1
yenisabah.az

2Mənbələr