Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Misli Premyer Liqasının (MPL) 15-ci turunda yevlaxda "Kəpəz"lə oyuna çıxacaq "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze prinsipial matçda 3 futbolçunun xidmətindən yararlana bilməyəcək.
Bu barədə Fanat.Az-a "qırmızı-qaralar"ın mətbuat xidmətindən məlumat verilib.
Onlardan 1-i cəzalı, 2-si zədəlidir.
Əslində, ötən tur da cəzalı durumda olan Murad Musayev 1 oyunluq uzaqlaşdırmadan sonra "Kəpəz"lə matça çıxmalı idi. Ancaq Peşəkar Futbol Liqasının "Turan Tovuz"la yarımçıq dayandırılan matçla bağlı qərarları "qırmızı-qaralar"ın planlarını pozub. Qurum 2026-cı ildə təşkil olunacaq oyunun yenidən, "sıfır"dan keçiriləcəyinə, 24-cü dəqiqədə dayandırılmış qarşılaşma üçün qüvvədə olan cəzaların Misli Premyer Liqasının növbəti oyunlarına şamil edildiyinə qərar verib. Bu o deməkdir ki, Muradın cəzası qarşıdakı tura da aid ediləcək.
Bundan başqa, heyətdə iki zədəli var ki, fransalı yarımmüdafiəçi Jondo Fuks ilə Salman Ələsgərov bu səbəbdən qarşılaşmanı kənardan izləyəcəklər.
Qeyd edək ki, "Kəpəz" - "Qəbələ" görüşü 14 dekabrda Yevlaxda keçiriləcək. Matçın start fiti 14:00-da səsləndiriləcək.
Mirağa
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.