AZ

Britaniya hakimiyyəti birgə hərbi kəşfiyyat xidməti yaradır

Britaniya hakimiyyəti “düşmən təhdidlərinin artmasına” cavab olaraq Military Intelligence Services (MIS) - Hərbi Kəşfiyyat Xidmətlərinin yaradıldığını elan edib.

Herbiand.az bildirir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilib.

Məlumata görə, yeni kəşfiyyat xidməti ilk dəfə olaraq müdafiə qurumunun bütün kəşfiyyat bölmələrini və təşkilatlarını bir struktir altında birləşdirəcək. Bura Kral Dəniz Qüvvələri, Quru Qoşunlar və Hərbi Hava Qüvvələrinin bölmələri daxildir. Bu, bölmələrdə məlumatların toplanması, təhlil edilməsi və mübadiləsini sürətləndirəcək.

Eyni zamanda, nazirlik yeni Müdafiə Əks-Kəşfiyyat Bölməsinin (Defence Counter-Intelligence Unit) yaradıldığını da elan edib. Qeyd edilib ki, son bir il ərzində Müdafiə Nazirliyinə qarşı düşmənçilik kəşfiyyat fəaliyyəti 50%-dən çox artıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
17
herbiand.az

1Mənbələr