AZ

Ərdoğan 9 universitetə rektor təyin etdi

Metbuat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 universitetə rektor təyin edib. Qərar “Resmi Gazete”nin bugünkü sayında dərc olunub.

Metbuat.az xəbər verir ki, Ərdoğanın sərəncamı ilə Cemal İbiş Altınbaş Universitetinin, Abdullah Kuzu Antalya Belek Universitetinin, Faruk Yiğit Bolu Abant İzzet Baysal Universitetinin, Musa Alcı Ege Universitetinin, Rasim Akpınar İzmir Bakırçay Universitetinin, Ahmet Sacit Açıkgözoğlu Memar Sinan Gözəl Sənətlər Universitetinin, Hasan Uslu Niğde Ömer Halisdemir Universitetinin, Mehmet Görmez Türkiyə Beynəlxalq İslam, Elm və Texnologiya Universitetinin, Ahmet Demir isə Uşak Universitetinin rektoru təyin edilib.

Prezident Ərdoğan bu təyinatları 2547 saylı Ali Təhsil Qanununun 13-cü maddəsi və 3 saylı Prezident Fərmanının 2, 3 və 7-ci maddələrinə uyğun olaraq həyata keçirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
metbuat.az

2Mənbələr