AZ

MLS-in ən bahalı futbolçuları: Görün Messi neçəncidir

Nüfuzlu "Transfermarkt" portalı MLS-də çıxış edən futbolçuların yenilənmiş bazar dəyərlərini açıqlayıb.

Publika.az xəbər verir ki, siyahıya “Los-Anceles Qaleksi”nin yarımmüdafiəçisi Riki Puiq başçılıq edir. Onun dəyəri 18 milyon avro göstərilib.

İkinci yerdə “Los-Anceles” klubunun hücumçusu Son Hın-Min (17 milyon avro), üçüncü pillədə isə “Sinsinnati”nin yarımmüdafiəçisi Evander (16 milyon avro) qərarlaşıb.

Turnirin son qalibi “İnter Mayami”nin ulduzu və kapitanı Lionel Messi isə siyahıda 7-cidir. Onun komanda yoldaşı və həmyerlisi Rodriqo De Paul ilə birlikdə 15 milyon avro dəyəri var.

Seçilən
21
9
publika.az

3Mənbələr