AZ

II Qaregin MTX nın təzyiqi səbəbindən yepiskopların yığıncağını təxirə salıb

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

II Qareginin 10–12 dekabr tarixlərində keçirmək istədiyi yepiskopların yığıncağı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təzyiqi səbəbindən təxirə salınıb.

APA xəbər verir ki, bu barədə “Hraparak” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, güc strukturları bütün ermənilərin katolikosu II Qareginə açıq şəkildə bildirib ki, iclasın keçirilməsi və on nəfər yepiskopa dair mümkün qərarlar onlar üçün xoşagəlməz nəticələrə gətirib çıxara bilər.

Qəzetin mənbələri iddia edir ki, güc strukturlarının əməkdaşları saxlanılma təhlükəsi olduğunu dedikləri din xadimlərinin adlarını da açıqlayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
4
apa.az

5Mənbələr