AZ

Ardanın Haalandla görüntüsü GÜNDƏM OLDU VİDEO

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda İspaniyanın "Real Madrid" klubu doğma meydanda İngiltərə təmsilçisi "Mançester Siti"ni qəbul edib.

Milli.Az xəbər verir ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatsa da, oyun zamanı qeydə alınan maraqlı bir epizod sosial şəbəkələrdə geniş müzakirə olunub.

Standart vəziyyət öncəsi "Real Madrid"in gənc hücumçusu Arda Gülerin cərimə meydançasında özündən təxminən 20 santimetr hündür olan "Mançester Siti"nin ulduz futbolçusu Erlinq Haalandı markajda saxlamağa cəhd göstərməsi kameralar tərəfindən qeydə alınıb.

Sosial mediada yayılan həmin görüntülər qısa zamanda viral olub.

Sözügedən görüntüləri təqdim edirik:  

Hüseyn

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
2
news.milli.az

2Mənbələr