AZ

Tayland parlamenti erkən seçkilər üçün buraxdı

Taylandda Baş nazir Anutin Çarnvirakul erkən seçkilər keçirmək üçün parlamenti buraxıb.
 
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Taylandda atəşkəsə baxmayaraq Kral Maha Vajiralongkornun Baş nazir Anutinə parlamenti buraxmaq səlahiyyəti vermək qərarı Kral Qəzetində dərc edildi.

Bu qərardan sonra Anutin gələn ilin əvvəlində erkən seçkilər keçirmək üçün Nümayəndələr Palatasını buraxıb.

Ölkə qanunlarına görə, seçkilər kralın təsdiqindən sonra 45-60 gün ərzində keçirilməlidir. Bu müddət ərzində Anutin müvəqqəti baş nazir olacaq və onun səlahiyyətləri yeni büdcəni təsdiq edə bilməyəcəyi nöqtəyə qədər məhdudlaşdırılacaq.

Anutin bu qərarı dünən sosial mediada "Hakimiyyəti xalqa qaytarmaq istəyirəm" yazısı ilə bildirmişdi.
 
 

Seçilən
28
7news.az

1Mənbələr